
İtaliya klubu “sükan”ı Xaviyə tapşıra bilər
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə “Yuventus” maraqlanır.
Turin klubu Tiaqo Mottadan narazıdır və onun istefasını düşünür. Xavi yeni mövsüm başlamazdan əvvəl italiyalı mütəxəssisin yerini tuta bilər.
“Yuventus” cari A Seriyasının turnir cədvəlində 5-cidir. Komanda 49 xal toplayıb və lider “İnter”dən 8 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin