“Atalanta” autsayderlə bacarmadı

İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Lider “Yuventus” səfərdə SPAL-la qarşılaşıb. Turin klubu bu oyunda məğlubiyyətlə üzləşib və çempionluğu ən azı növbəti tura qədər təxirə salmalı olub. “Roma” öz meydanında “Udineze”ni sınağa çəkib. Paytaxt klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. “Milan” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib və minimal hesabla qələbə qazanıb.

Bu turda “Napoli” “Kyevo”, “İnter” isə “Frozinone” səfərinə yollanıb. Hər iki oyunda favorit göstərilən qonaqlar oxşar hesabla (3:1) qələbə qazanıb.

Son oyun günündə “Atalanta” doğma meydanda autsayderlər qrupunda qərarlaşmış “Empoli” ilə üz-üzə gəlib və xal itkisi ilə üzləşib.

İtaliya A Seriyası, 32-ci tur

13 aprel

SPAL – Yuventus 2:1
Qol
: Bonifazi, 49. Flokkari, 74 – M.Ken, 30.

Roma – Udineze 1:0
Qol
: Dzeko, 67.

Milan – Latsio 1:0
Qol
: Kessye, 79-pen.

14 aprel

Torino – Kalyari 1:1
Qol
: Zaza, 52 – Pavoletti, 75.

Fiorentina – Bolonya 0:0

Sampdoriya – Cenoa 2:0
Qol
: Defrel, 3. Kvalyarella, 53-pen.

Sassuolo – Parma 0:0

Kyevo – Napoli 1:3
Qol
: B.Sezar, 90 – Kulibali, 15; 81. Milik, 64.

Frozinone – İnter 1:3
Qol
: Kassata, 61 – Naynqqolan, 19. Perişiç, 37-pen. Vesino, 90.

15 aprel

Atalanta – Empoli 0:0


Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button