“Parma” “Torino”nu məğlub yola saldı

İtaliya A Seriyasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Yuventus” SPAL-la, “İnter” isə “Sampdoriya” ilə üz-üzə gəlib. Turin təmsilçisi evdə, Milan klubu isə səfərdə inamlı qələbəyə sevinib. “Atalanta” da səfərdə “Sassuolo”nu darmadağın edib.

Son turda öz meydanında “Kalyari”yə uduzan “Napoli” bu turda “Breşiya”nı qəbul edib və çətinliklə də olsa, qalib gəlib. Turun maraqla gözlənilən qarşılaşmasında “Milan” “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda milanlılar məğlubiyyətlə üzləşiblər. Ötən tur ilk məğlubiyyətini alan “Roma” da bu dəfə səfərdə “Leççe”yə qalib gəlib.

Turun sonuncu oyununda “Parma” “Torino”nu məğlub yola salıb.

İtaliya A Seriyası, 6-cı tur

28 sentyabr

Yuventus – SPAL 2:0
Qol
: Pyaniç, 45. Ronaldo, 78.

Sampdoriya – İnter 1:3
Qol
: Yankto, 55 – Sensi, 20. A.Sançes, 22. Qalyardini, 61.

Sassuolo – Atalanta 1:4
Qol
: Defrel, 62 – A.Qomes, 6; 29. Qosens, 13. Sapata, 35.

29 sentyabr

Napoli – Breşiya 2:1
Qol
: Mertens, 13. Manolas, 45+4 – Balotelli, 67.

Leççe – Roma 0:1
Qol
: Dzeko, 56.

Latsio – Cenoa 4:0
Qol
: Milinkoviç-Saviç, 7. Radu, 40. Kaysedo, 59. İmmobile, 78.

Udineze – Bolonya 1:0
Qol
: Okaka, 27.

Kalyari – Verona 1:1
Qol
: J.Pedro, 29 – Faraoni, 66.

Milan – Fiorentina 1:3
Qol
: Leao, 80 – Pulqar, 14-pen. Kastrovilli, 66. Riberi, 78.

30 sentyabr

Parma – Torino 3:2
Qol
: Kuluşevski, 2. Kornelius, 45+3. İnqlese, 88 – Ansaldi, 12. Belotti, 43.

Bombardir: Domeniko Berardi (Sassuolo), Duvan Zapata (Atalanta), Ciro İmmobile (Latsio) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button