“Yuventus” şotlandiyalı futbolçu üçün danışıqlara başlayacaq
“Yuventus” və “Napoli” “Bolonya”nın yarımmüdafiəçisi Lyuis Ferqyusonla maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
A Seriyasının aparıcı klubları yay transfer pəncərəsinə yaxın futbolçu üçün danışıqlara başlamağı planlaşdırırlar.
Ferqyuson 2022-ci ilin yayında “Aberdin”dən “Bolonya”ya keçib və bu mövsüm komandanın kapitanı olub. 24 yaşlı şotlandiyalı futbolçu bu mövsüm 29 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun “Bolonya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin