
“Yuventus” DÇ-2022-nin qalibi ilə maraqlanır
“Yuventus” argentinalı yarımmüdafiəçi Aleksis Makallisterin xidmətində maraqlıdır.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, Turin təmsilçinin baş məşqçisi Massimiliano Alleqri futbolçunun DÇ-2022-dəki çıxışını çox bəyənib.
“Brayton”un 24 yaşlı futbolçusu 2020-ci ilin yanvarından İngiltərə klubunda çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Makallister bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 14 oyuna çıxıb və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin