“Yuventus” slovakiyalı oyunçu üçün müqavilə hazırlayıb
“Feyenoord”un müdafiəçisi David Qanzko “Yuventus”a keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Turin klubuna keçməyə hazır olduğunu bildirib.
“Yuventus” slovakiyalı oyunçu üçün 2029-cu ilə qədər olan müqavilə hazırlayıb. “Feyenoord” onun üçün 35-40 milyon avro istəyir. Turinlilərin yanvarda Qanzkonu daha sonra almaq öhdəliyi ilə icarəyə götürməyə çalışacağı gözlənilir.
Qanzkonun agentinin bu yaxınlarda gələcək müqaviləni müzakirə etmək üçün Turinə səfər etdiyi də məlumdur. O, UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə keçirilən matçda (2:0) görüntülənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin