
“Yuventus” serb futbolçu ilə maraqlanır
“Əl-Hilal”ın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç Avropa klublarının maraq dairəsində qalmaqda davam edir.
30 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Hazırda tərəflərin əməkdaşlığı davam etdirib-etdirməyəcəyi bəlli deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın bir neçə klubu Milinkoviç-Saviçin durumunu yaxından izləyir. Onlardan biri də “Yuventus”dur.
“Transfermarkt” portalı serbiyalı yarımmüdafiəçinin dəyərini 17 milyon avro qiymətləndirir. O, Səudiyyə Ərəbistanına yollanmazdan öncə 8 il “Latsio”nun formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



