“Yuventus” satışa çıxarılıb
“Yuventus” futbol klubunun sahibi olan Anyelli sahibkarlar ailəsi komandanı satışa çıxarıb.
Komanda.az “Il Giornale” nəşrinə istinadən xəbər verir ki, Anyellilər artıq potensial alıcıların axtarışına başlayıblar.
Klubun hazırkı sahibləri bu qərarı “Yuventus”un maliyyə problemləri və keçmiş prezident Andrea Anyelli ilə vitse-prezident Pavel Nedvedin gedişiylə bağlı məhkəmə çəkişmələri səbəbindən veriblər.
Anyelli və Nedved 2022-ci ilin noyabrında maliyyə fırıldaqları qalmaqalına görə istefa veriblər. Yanvar ayında Anyelli 2 il, Nedved isə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb.
İyul ayında UEFA “Yuventus”u maliyyə feyr-pley qaydalarını pozduğuna görə bir mövsümlük avrokuboklardan kənarlaşdırıb. Klub həmçinin 20 milyon avro cərimələnib. 2023/24 mövsümündə Turin klubu UEFA Konfrans Liqasında çıxış etməli idi.
İtaliya çempionatında üç turdan sonra “Yuventus” 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin