“Yuventus” italiyalı hücumçu ilə razılığa gəlib

“Yuventus” “Sassuolo”nun futbolçusu Domeniko Berardi üçün təklif verəcək.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu italiyalı hücumçu üçün 20+4 milyon avro təklif edəcək.

Berardi və yaxın ətrafı onun “Yuventus”a keçmək istədiyini açıqlasa da, indiyədək “Sassuolo” danışıqlarda çox fəal olmayıb.

“Yuventus” artıq Berardi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transfer olacağı təqdirdə, o, bonuslar nəzərə alınmadan ildə təxminən 3 milyon avro maaşla 4 illik müqavilə imzalayacaq.

Berardi 2022/23 mövsümündə A Seriyasında 26 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button