“Yuventus” Sarrinin keçidini yekunlaşdırır, “Çelsi” isə…

“Çelsi”dən ayrılacağı deyilən baş məşqçi Mauritsio Sarrinin “Yuventus”a keçidi yekunlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hər iki klub 60 yaşlı mütəxəssisin keçidində razılığa gəliblər. Hazırda keçidin son detallarının müzakirə edildiyi, yaxın günlərdə təyinatın rəsmi şəkildə açıqlanacağı bildirilir.

“Qoca sinyora”nın Sarrinin “Çelsi” ilə müqaviləsinin qalan iki ilində “zadəganlar”a 5 milyon funt-sterlinq ödəyəcəyi, italiyalı mütəxəssislə isə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Bundan başqa, London təmsilçisinin “sükanı arxasına” komandanın keçmiş futbolçusu, hazırda “Derbi Kaunti”ni çalışdıran Frenk Lempardın gətiriləcəyi deyilir.

2018-ci ilin iyul ayından “Çelsi”ni çalışdıran Sarri, London klubu ilə son mövsümü 3-cü pillədə bitirmiş, UEFA Avropa Liqasının final matçında “Arsenal”a 4:1 hesabı ilə qalib gələrək, turnirin qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button