“Yuventus” Sançonu bir halda transfer edəcək

“Mançester Yunayted”in vingeri Ceydon Sanço İtaliya klubunun maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” ingiltərəli futbolçunu transfer etmək istəyir.

25 yaşlı oyunçu son mövsümü icarə əsasında “Çelsi”də keçirsə də, London klubu onun birdəfəlik transferindən imtina edib. Hazırda “Mançester Yunayted”in də planlarında yer almayan Sançonun yaxın vaxtlarda klubunu dəyişməsi gözlənilir. Ancaq onun “Yuventus”a keçidi bəzi şərtlərlə baş tuta bilər. Turin klubu öncə “Portu”nun oyunçusu Françisko Konseysaonu transfer etməyə çalışacaq. Bu reallaşmazsa, diqqətlər Sançoya yönələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button