A Seriyasında mövsümə yekun vuruldu

İtaliya A Seriyasında sonuncu – 38-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Elitanı tərk edəcəyi dəqiqləşən iki klub – “Frozinone” ilə “Kyevo”nun duelindən qol səsi çıxmayıb. “Napoli” isə “Bolonya”nın qonağı olub. İkinci yeri tutan Neapol təmsilçisi mövsümü məğlubiyyətlə başa vurub.

Çempion “Yuventus” “Sampdoriya” ilə səfər oyununda məğlubiyyətlə üzləşib. “Milan” SPAL səfərində çətin qələbəyə sevinib. “İnter” öz meydanında “Empoli”ni, “Atalanta” “Sassuolo”nu, “Roma” “Parma”nı məğlub edib.

Mövsümün yekunlarına görə, çempion “Yuventus”la yanaşı, “Napoli”, “Atalanta” və “İnter” İtaliyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Milan”, “Roma”, eləcə də İtaliya kubokunun qalibi olan “Latsio” Avropa Liqasında mübarizə aparacaq. Son üç pillədə qərarlaşan “Empoli”, “Frozinone” və “Kyevo” isə elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

İtaliya A Seriyası, 38-ci tur

25 may

Frozinone – Kyevo 0:0

Bolonya – Napoli 3:2
Qol: F.Santander, 43; 88. Dzemaili, 45 – Qulam, 57. Mertens, 77.

26 may

Torino – Latsio 3:1
Qol
: Falke, 51. Lukiç, 53. De Silvestri, 80 – İmmobile, 66.

Sampdoriya – Yuventus 2:0
Qol
: Defrel, 84. Kaprari, 90.

Roma – Parma 2:1
Qol
: Pelleqrini, 35. Perotti, 89 – Jervinyo, 86.

Atalanta – Sassuolo 3:1
Qol
: Sapata, 35. P.Qomes, 53. Paşaliç, 65 – Berardi, 19.

Kalyari – Udineze 1:2
Qol
: Pavoletti, 17 – Halfredsson, 59. De Mayo 69.

Fiorentina – Cenoa 0:0

İnter – Empoli 2:1
Qol
: Balde, 51. Naynqqolan, 81 – Traore, 76.

SPAL – Milan 2:3
Qol
: Vikari, 28. Fares, 53 – H.Çalhanoğlu, 18. Kessye, 23; 66-pen.

Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button