
“Yuventus” səfərdə uduzdu
İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Torino” evdə “Udineze”yə qalib gəlib. “Kalyari” – “Fiorentina” və “Cenoa” – “Latsio” matçlarında qonaqlar qələbə qazanıblar. “Parma”nın qonağı olan “Yuventus” isə məğlubiyyətlə üzləşib.
Hazırda 71 xala malik “İnter”lə “Napoli” ilk iki pilləni bölüşürlər. “Atalanta” 64, “Bolonya” 60, “Yuventus”la “Latsio” 59, “Roma” 57, “Fiorentina” 56, “Milan” 51 xal toplayıb.
İtaliya A Seriyası
33-cü tur
19 aprel
Leççe – Komo 0:3
Qollar: Diao, 33; 90+1. Qoldaniqa, 84.
Montsa – Napoli 0:1
Qol: Maktominey, 72.
Roma – Verona 1:0
Qol: Şomurodov, 4.
20 aprel
Empoli – Venesiya 2:2
Qollar: Fatsini, 59. Anyorin, 87 – Yeboa, 67. Busio, 85.
Bolonya – İnter 1:0
Qol: Orsolini, 90+4.
Milan – Atalanta 0:1
Qol: Ederson, 62.
23 aprel
Torino – Udineze 2:0
Qol: Çe Adams, 39. A.Dembele, 85.
Kalyari – Fiorentina 1:2
Qollar: Pikkoli, 7 – Qosens, 36. Beltran, 48.
Cenoa – Latsio 0:2
Qollar: Kastelyanos, 32. B.Dia, 65.
Parma – Yuventus 1:0
Qol: M.Pelleqrino, 45+1.
Bizi Facebook-da izləyin