“Yuventus” rəsmisi Klublarası dünya çempionatını dəyərləndirib

“Yuventus”un direktoru Françesko Kalvo Klublararası dünya çempionatında iştirakdan danışıb.

Komanda.az “Yuve”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəsmisi ABŞ-da dünyanın ən yaxşı klublarına qarşı oynamaqdan şad olduqlarını bildirib:

“Biz əminik ki, bu, “Yuventus” və onun bütün azarkeşləri üçün vacib yarış olacaq. Təbii ki, ABŞ-da dünyanın ən yaxşı klublarına qarşı oynamaqdan şadıq, bizə böyük tanınma və nüfuz gətirəcək bu yarışda iştirak etməkdən qürur duyuruq”.

“Yuventus” qrup mərhələsində “Mançester Siti”, “Uaydad” və “Əl Əyn”lə qarşılaşacaq. Turnir 2025-ci il iyunun 15-dən iyunun 13-dək davam edəcək.

Turin klubu İtaliya A Seriyasında 14 turdan sonra 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button