“Yuventus”un Kyeza planı
“Yuventus” rəhbərliyi Federiko Kyezanı “Mançester Yunayted”in hücumçularından Ceydon Sanço və ya Meyson Qrinvudla dəyişə bilər.
Komanda az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bu məsələ Almaniyada keçirilən Avropa çempionatından sonra həllini tapacaq. Kyeza İtaliya millisində çıxış edir.
26 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin