“Yuventus” Ronaldonun şikayətinə etiraz edib

“Yuventus” sabiq hücumçusu Kriştiano Ronaldonun işi üzrə məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu keçən il Turin klubunu koronavirus pandemiyası zamanı ödənilməmiş maaşlara görə məhkəməyə vermişdi. İtaliya nəhənginə hücumçuya 9,8 milyon avro, üstəgəl inflyasiyaya görə düzəliş edilmiş 9 faiz kompensasiya ödəməsi tapşırılıb.

“Yuventus”un açıqlamasında Kriştianonun maaşının tam ödənildiyi bildirilib.

Ronaldo 2018-2021-ci illərdə Turin komandasının rənglərini qoruyub. O, ümumilikdə “Yuventus”un heyətində 134 oyun keçirib, 101 qol vurub, 22 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button