
İtaliya klubu Reşfordla ilkin danışıqlar aparıb
“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Yuventus”a keçə bilər.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, Turin təmsilçisi ingiltərəli futbolçu ilə ilkin danışıqlar aparıb.
Reşford son mövsümdə icarə əsasında “Aston Villa”nın heyətində çıxış edib. O, Premyer Liqada 10 oyunda meydana çıxaraq, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
“Yuventus” İtaliya A Seriyasında 2024/25 mövsümünü 70 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin