Rabioya əvəzləyici tapıblar
“Yuventus” “Lester”in yarımmüdafiəçisi Yuri Tilemansla maraqlanır.
Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, “qoca sinyora” 25 yaşlı belçikalını 2023-cü ilin yayında azad agent kimi komandaya cəlb edə bilər.
Turin klubunun rəhbərliyi onu Adrian Rabionun əvəzləyicisi kimi görür.
Tilemans 2022/23 mövsümündə “Lester”in heyətində 18 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin