“Yuventus” da ingilis futbolçunu hədəfə alıb
“Yuventus” icarə əsasında “Xetafe”də çıxış edən “Mançester Yunayted”in vingeri Meyson Qrinvudu transfer etməkdə maraqlıdır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuve” ilə yanaşı, Avropanın bir neçə klubu ingilis futbolçuya maraq göstərir. “Xetafe” Qrinvudun icarə müddətini uzatmaq istəyir, lakin “Mançester Yunayted” onu satmağı düşünür.
22 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun MY ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin