“Yuventus” müdafiəçisi üçün gələn təklifləri rədd edib
“Yuventus”un yeni baş məşqçisi Tiaqo Motta müdafiəçi Federiko Qattini komandada saxlamaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı 26 yaşlı müdafiəçini iki səbəbə görə vacib oyunçu hesab edir. Belə ki, italiyalı futbolçu müdafiədə eyni vaxtda bir neçə mövqeni əhatə edə bilir, həm də, uğur qazanmağa kömək edən döyüşkən ruhu ilə məşhurdur.
“Yuventus” futbolçunu öz sıralarında saxlamağa qətiyyətlə sadiqdir və artıq İngiltərənin Premyer Liqa klublarından gələn bir neçə təklifi rədd edib.
Federiko Qatti ötən mövsüm 36 oyun keçirib və 4 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin