
“Yuventus” “Qarabağ”ın rəqibinin təklifini rədd edib
“Yuventus”un vingeri Kənan Yıldız Avropanın bir neçə top-klubunun diqqət mərkəzinə düşüb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, türk futbolçunun transferi ilə “Çelsi”, “Arsenal” və “Barselona” maraqlanır.
Hətta iddia olunur ki, “Çelsi” yay transfer pəncərəsində Kənana görə 67 milyon avro təklif etsə də “Yuventus” bunu rədd edib.
19 yaşlı futbolçu Turin klubunda qalmaq istəsə də, maaşının artırılmasını gözləyir. O, hazırda illik 1,7 milyon avro qazanır, ancaq gəlirlər baxımından Conatan Devidə (təxminən 6 milyon avro) yaxınlaşmaq istəyir.
Kənan Yıldız cari mövsümdə A Seriyasında 6 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onunla maraqlanan klublardan “Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



