“Yuventus” qapıçısına yeni müqavilə təklif etməyi planlaşdırır

Qapıçı Mattia Perin Turin “Yuventus”u ilə müqavilə müddətini uzada bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat verib.

“Qoca sinyora”nın rəhbərliyi qapıçıya yeni müqavilə təklif etməyi planlaşdırır. Perinin özü də komandada qalmağa hazırdır. Tərəflər razılığa gələ bilməsə, o zaman Mattianın İtaliya çempionatında başqa variantları var. Futbolçu ilə “Atalanta”, “Cenoa” və “Montsa” maraqlanır.

31 yaşlı qolkiper ötən mövsüm A Seriyasında cəmi 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button