“Yuventus” PSJ-nin futbolçusu ilə anlaşıb

PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını “Yuventus”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Mənbənin məlumatına görə, argentinalı futbolçu icarə əsasında İtaliya klubuna keçib.

Paredes “Boka Xuniors”un yetirməsidir. Argentinalı yarımmüdafiəçi “Kyevo”, “Roma”, “Empoli” və Sankt-Peterburq “Zenit”ində də çıxış edib. 2019-cu ilin yanvarında Paredes 40 milyon avroya PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button