“Yuventus” polşalının yerinə 2 potensial əvəzləyici tapıb

“Yuventus”u polşalı qapıçı Voyçex Şesnı ilə yollarını ayırmağı düşünür.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

“Yuventus” futbolçuların maaşı ilə bağlı olan xərcləri azaltmaq qərarına gələ bilər ki, belədə, Şesnının komandanı tərk ehtimalı çoxalır. Artıq Turin klubu polşalı qolkiperin yerinə iki potensial əvəzləyici də tapıb.

“Yuve” üçün ilk seçim bu mövsüm “Kremoneze”də icarə əsasında çıxış edən “Atalanta”dan Marko Karnesekkidir. İkincisi isə “Empoli”dən Quqlielmo Vicario. Mattia Perinin klubla müqaviləsi 2025-ci ilə qədər olduğu üçün o, “Yuventus”un əvəzedici qapıçısı olaraq qalacaq.

32 yaşlı Şesnının “Yuventus”la müqaviləsi 2024-cü ilə qədərdir. Polşalı qolkiper 2017-ci ildən Turin klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button