Argentinalı üçün 15 milyon avro təklif etdi – “Yuventus”

“Yuventus” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer etməkdə maraqlıdır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu 27 yaşlı argentinalı üçün 15 milyon avro, həmçinin bonuslar təklif edib. Lakin PSJ bu transfer üçün 20 milyon avro almaq istəyir.

Argentinalı ilə PSJ arasında mövcud müqavilə 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

Paredes ötən mövsüm 22 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button