“Yuventus” onunla yeni müqavilə bağlayacaq

“Yuventus” yarımmüdafiəçisi Adrien Rabiotla yeni müqavilə imzalamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu ən qısa zamanda fransalı futbolçu ilə danışıqlar aparmağı planlaşdırır.

Hazırkı müqavilə 2024-cü ilin iyul ayına qədər nəzərdə tutulub. Futbolçuya digər klublardan çoxlu sayda təklif gəlsə də, onun “Yuventus”la müqaviləsini uzatmaq istədiyi bildirilir. Rabiotla “Mançester Yunayted” və “Arsenal” klublarının maraqlandığı deyilir.

28 yaşlı oyunçu bu mövsüm A Seriyasında üç matçda iştirak edib və bir qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button