“Yuventus”la “İnter” futbolçularını dəyişə bilər

“Yuventus” və “İnter” yüksək profilli mübadilə edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu müqaviləsi gələn il başa çatacaq Federiko Kyezanı satışa çıxarıb. 26 yaşlı oyunçuya iddialılardan biri də “İnter”dir. Lakin onlar “Yuventus”un tələb etdiyi məbləği ödəməyə hazır deyillər. Kyezanın transferini asanlaşdırmaq üçün müqaviləyə Milan klubunun yarımmüdafiəçisi Davide Frattesi də daxil edilə bilər. Klublar artıq mübadilə üzərində işləyirlər.

Frattesinin “İnter”lə müqaviləsi 4 illikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button