“Yuventus” onunla yollarını ayırır – Sağlıq problemlərinə görə
“Yuventus” futbolçusu Sami Kxedira ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi sağlıq problemləri olan alman yarımmüdafiəçinin müqaviləsinə xitam vermək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bir müddət əvvəl tibbi müayinədən sonra Kxediranın ürəyində ritm pozğunluğunun olduğu ortaya çıxmışdı.
Kxedira həm də, aprelin sonlarında dizindən əməliyyat olunub. “Yuventus” 32 yaşlı futbolçunun zədə və sağlıq problemlərini nəzərə alaraq, onun müqaviləsini ləğv edəcək.
Kxediranın “Yuventus”la 2021-ci ilin yayına kimi müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin