“Yuventus” onunla yeni müqavilə imzalamayacaq

“Yuventus” Anxel di Mariya ilə müqaviləni yeniləməyəcək.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qoca sinyora” gələn mövsüm maaşları azaltmaq niyyətindədir. Bu səbəbdən son dünya çempionuna yeni sözləşmə təklif edilməyəcək.

34 yaşlı oyunçu 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin 30 iyununa qədər qüvvədədir.

Anxel di Mariya bu mövsüm İtaliya A Seriyası təmsilçisinin heyətində bütün yarışlar daxil olmaqla, 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button