Kyezaya yeni müqavilə təklif olunacaq
“Yuventus” vingeri Federiko Kyeza ilə müqaviləni uzatmaq istəyir.
Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, “qoca sinyora” italiyalı hücumçu ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Futbolçunun Turin klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
25 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 6 matçda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin