
“Yuventus” zədəli futbolçunu göndərəcək
“Yuventus”un hücumçusu Arkadiuş Milik yaxın vaxtlarda komandasını tərk edə bilər.
31 yaşlı polşalı futbolçu zədə səbəbindən bu mövsüm bir dəfə də meydana çıxmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvardın “Yuve” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq, ancaq klub rəhbərliyi müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünür.
Milik yayda azad agent ola bilər. “Yuventus” onu 2023-cü ildə “Marsel”dən 7 milyon avrodan çox ödəyərək alıb. O, ötən mövsüm turinlilərin heyətində bütün yarışlarda 32 matçda iştirak edib, 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



