
Konte keçmiş klubuna qayıda bilər
“Yuventus” baş məşqçi postunda dəyişiklik edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Antonio Konte ilə görüş planlaşdırır. Görüş zamanı onun gələcəklə bağlı planları müzakirə ediləcək. Buna baxmayaraq, Konte getdikcə daha çox Turin klubuna qayıtmağa meyillidir. “Yuventus”un Konteyə marağı sadəcə formal xarakter daşımır. Klub hazırda baş məşqçi postunu tutan İqor Tudora hörmət etsə də, İtaliya millisinin sabiq çalışdırıcısı ilə danışıqlara başlamağa hazırdır.
Bu vəziyyət daha böyük bir transfer planının tərkib hissəsi ola bilər. Belə ki, “Yuventus” “Napoli” ilə Viktor Osimhenin transferini də müzakirə etməyə açıqdır. İddialara görə, nigeriyalı hücumçu özü də “Yuventus”u karyerasını davam etdirmək üçün əsas istiqamət kimi görür.
Əlavə olaraq, Konte “Napoli” ilə razılaşmasa, bu posta Massimiliano Alleqri gətirilə bilər. Alleqri artıq neapolluların rəhbəri De Laurentisə bu işə başlamağa hazır olduğunu bildirib.
Bizi Facebook-da izləyin



