
“Yuventus” Mottanı qovur?
“Yuventus” baş məşqçisi Tiaqo Mottanı ən azı cari mövsümün sonuna qədər istefaya göndərməyi planlaşdırmır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilərin dünən A Seriyasında “Atalanta”ya evdə böyük hesablı məğlubiyyətindən (0:4) sonra baş məşqçinin tezliklə qovulacağı ilə bağlı şayiələr yenidən güclənib.
Əsas rəqiblərindən birinə uduzan “Yuventus” çempionluq uğrunda mübarizə şanslarını demək olar ki, itirib. Buna baxmayaraq, rəhbərlik Mottanın mövsüm ərzində istefaya göndərilməsi imkanını nəzərdən keçirmir. Onunla gələcək əməkdaşlıqla bağlı qərar mövsüm başa çatdıqdan sonra veriləcək. Onun özü də getməyi düşünmür.
Motta keçən yay “Yuventus”a keçərək, 2026/27 mövsümünün sonuna qədər olan müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin



