
“Yuventus” Portuqaliya klubuna rəsmi təklif göndərib
“Yuventus” yarımmüdafiəçi Fransisko Konseysao üçün “Portu”ya rəsmi təklif göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” bazar dəyəri 28 milyon olan oyunçu üçün 30 milyon avro ödəməyə hazırdır. Turin klubu, eyni zamanda, yarımmüdafiəçi üçün hissə-hissə ödəniş edə biləcəyini düşünür.
22 yaşlı futbolçu 2024/2025 mövsümündə bütün klub turnirlərində 40 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



