“Yuventus” onun üçün 47 milyon avro ödəməyə hazırdır

“Yuventus” “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sançonu almaq üçün ciddi cəhdlər göstərir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu ingiltərəli vinger üçün təxminən 47 milyon avro ödəməyə hazırdır.

24 yaşlı yarımmüdafiəçi vergilərdən əlavə, ildə 20 milyon avrodan çox qazanmaq istəyir. Onun bu cür maliyyə tələbləri “Yuventus” üçün problemə çevrilə bilər.

Sanço ötən mövsümün ilk yarısında “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla münaqişəyə görə əsas komandadan uzaqlaşdırılıb. O, daha sonra icarə əsasında Dortmund “Borussiya”sında çıxış edib. Bu müddət ərzində 21 matçda iştirak edən vinger 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərəli futbolçunun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button