“Yuventus”un “Atalanta”ya təklifi: 45 milyon avro+Milik
“Yuventus” “Atalanta”nın futbolçusu Ten Kopmeynersin transferini tamamlamaq üçün yollar axtarır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubu Kopmeyners üçün 45 milyon avro ödəməyə hazırdır, həmçinin rəhbərlik hücumçu Arkadiuş Miliki də müqaviləyə daxil etmək istəyir.
“Atalanta”nın hücumçusu Canluka Skamakka zədələnib, o, 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq. Belə olan halda, “Yuventus” ümid edir ki, onlar bu təklifi qəbul etməyə məcbur olacaqlar.
“Atalanta” niderlandlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat tələb edir.
26 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin