
“Yuventus” 2-3 günə yeni transferini təqdim edə bilər
“Yuventus” “Atalanta”dan yarımmüdafiəçi Ten Kopmeynersin transferini tez bir zamanda yekunlaşdırmaq istəyir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu yaxın 2-3 gün ərzində müqaviləni bağlamaq niyyətindədir.
“Yuventus”un Kopmeyners üçün 50 milyon avro+5 milyon bonus ödəyəcəyi bildirilirdi. Niderlandlı futbolçu “Yuve”yə transferə hazırlaşdığı üçün UEFA superkubokunda “Real”la bugünkü matçda oynamayacaq.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin