
“Yuventus” onun transferini tam həll edib
Fransisko Konseysao “Yuventus”da qalacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Portu” ilə olan transfer məsələsi tam həll olunub və o, yenidən İtaliyaya qayıtmağa hazırlaşır.
Portuqaliyalı futbolçunun tərəfi sənədləri 12 saat əvvəl imzalayıb. “Portu” bu transferdən dörd hissədə ödənilməklə 30 milyon avrodan çox gəlir əldə edəcək.
22 yaşlı vinger son mövsümdə “Yuventus”da icarə əsasında çıxış edib, 40 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib. O, həmçinin, Klublararası dünya çempionatında da turinliləri təmsil edib və 3 matçda 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



