
İtaliya klubu Arauxonun transferindən imtina edib
“Yuventus” “Barselona”nın müdafiəçisi Ronald Arauxo ilə bağlı danışıqlara başlamağı planlaşdırmır.
Uruqvaylı futbolçunun müqaviləsində bu ayın ortalarınadək qüvvədə olan 65 milyon avroluq sərbəst qalma maddəsi olsa da, İtaliya təmsilçisi bu transferdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” Arauxo ilə bağlı şayiələrə baxmayaraq, onun namizədliyinə qayıtmaq niyyətində deyil. Klub rəhbərliyi mərkəz müdafiəçisini prioritet transfer hədəfləri arasında görmür və hazırda heç bir müzakirə aparılmır.
Arauxo bu ilin yanvarında da “Yuventus”un maraq dairəsində idi, ancaq o, “Barselona” ilə yeni – uzunmüddətli müqavilə imzalamağa üstünlük vermişdi. İyunda isə onun Turinə klubuna mümkün keçidi barədə söz-söhbətlər yenidən gündəmə gəlmişdi.
Bizi Facebook-da izləyin



