İtaliya klubu “Mançester Yunayted”lə əlaqə saxlayıb – Sançoya görə

“Yuventus” Ceydon Sançonun transferinə görə “Mançester Yunayted” rəhbərliyi ilə əlaqə saxlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” daha əvvəl ingiltərəli yarımmüdafiəçi üçün İtaliyanın digər klubundan – “Napoli”dən 25 milyon avro tələb edib.

Sanço İtaliyaya köçməyə razılıq verib.

25 yaşlı futbolçu son mövsümü icarə əsasında “Çelsi”də keçirib. O, 31 oyunda iştirak edərək, 3 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button