“Yuventus” yayda cəhd edəcək – Uruqvaylı futbolçunu almaq üçün

Uruqvay millisinin və “Barselona”nın 25 yaşlı müdafiəçisi Ronald Arauxonun karyerasını İtaliya çempionatında davam etdirmək variantı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Yuventus” uruqvaylı futbolçunu transfer etmək istəyir.

Turin klubunun rəhbərliyi yay transfer pəncərəsində Arauxonu almaq üçün cəhd edəcək. Onun bazar dəyəri 55 milyon avrodur və “Barselona” ilə müqaviləsi 2031-ci ilin ortalarına qədərdir. O, zədə səbəbindən cari İspaniya çempionatında cəmi 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button