“Yuventus”un Rabiot peşmanlığı

“Yuventus” klubu yayda PSJ-dən transfer etdiyi Adrien Rabiotla yollarını ayırmağa hazırlaşır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, heyətdə öz yerini tapa bilməyən 24 yaşlı yarımmüdafiəçi, “qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrinin planlarına daxil deyil. Yeni komanda formalaşdıran italiyalı mütəxəssis, futbolçunun heyətə uyğunlaşa bilmədiyini deyib. Yarımmüdafiəçinin qış fasiləsində “Tottenhem”in futbolçusu Kristian Eriksenin qarşılığı olaraq London klubuna təklif ediləcəyi bildirilir.

Rabiot Turin klubunda hücumçu Kriştiano Ronaldodan sonra ən çox qazanan futbolçudur. Onun illik məvacibi 9 milyon avro təşkil edir.

Cari mövsümdə A Seriyasında üç oyunda iştirak edən fransalı futbolçu, qol hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button