“Yuventus” onun transferindən imtina edə bilər

“Yuventus” “Mançester Yunayted”in vingeri Ceydon Sançonu almaqdan imtina edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl ingiltərəli futbolçunun Turin klubuna keçidi demək olar ki, başa çatmış sözləşmə hesab edilsə də, vəziyyət kəskin şəkildə dəyişib.

“Yuventus” Sanço ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib. Klub onun tələblərə cavab verdiyinə əmin deyil. Fransisko Konseysaonun “Portu”dan transferi 25 yaşlı futbolçunun Turin klubuna keçmə ehtimalını da azaldıb.

Sançonun “Mançester Yunayted”lə müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button