
Premyer Liqanın 2 klubu Vlahoviçlə maraqlanır
“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsi bağlanmamış İngiltərəyə köçə bilər.
İtaliya klubu serbiyalı forvardı satmağa hazırdır. Rəhbərlik 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını düşündüyü üçün 25 yaşlı futbolçunu azad agent kimi itirmək istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının iki klubu artıq Vlahoviçlə maraqlandığını bildirib.
Hələ ki, rəsmi təklif yoxdur, ancaq maraq açıq şəkildə mövcuddur.
Vlahoviçlə son vaxtlar daha çox “Milan”ın adı hallansa da, Premyer Liqadan gələn maraq transferin istiqamətini dəyişə bilər. Bununla belə, keçidin baş tutmasında əsas maneə onun yüksək maaşıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin