Kolo-Muani İtaliya klubuna keçməyə yaxındır

PSJ-nin hücumçusu Randal Kolo-Muani “Yuventus”a qayıtmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında danışıqlar asan getməsə də, Turin təmsilçisinin rəhbərliyi fransalı futbolçunu yenidən icarəyə götürəcəyinə əmindir.

Müqaviləyə müəyyən şərtlər yerinə yetirildiyi halda, məcburi satınalma bəndi daxil ediləcək.

26 yaşlı hücumçunun “Yuventus”a qayıtmaq istəyi artıq uzun müddətdir məlumdur. Turinlilər Kolo-Muani ilə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq şəxsi müqavilə barədə razılığa gəlib. O, ötən mövsümün ikinci yarısını “Yuventus”da keçirərək, 22 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button