
“Yuventus” fransalı hücumçunun icarə müddətini uzatmaq istəyir
“Yuventus” fransalı hücumçu Randal Kolo-Muaninin icarə müddətini uzatmaq niyyətindədir. Hazırda onun transfer hüquqları PSJ-yə məxsusdur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı futbolçunun icarəsinin ən azı Klublararası dünya çempionatının sonuna qədər davam etməsi üçün PSJ ilə danışıqlara başlayıb.
Kolo-Muaninin gələcək karyerası hələ də qeyri-müəyyəndir. Onun mümkün birdəfəlik transferi iyunun sonları ilə iyulun əvvəlləri arasında müzakirə olunacaq.
O, bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 19 oyuna çıxaraq 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin