“Yuventus” onu istəmir
“Yuventus” klubu futbolçusu Aleks Sandro ilə yollarını ayıra bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 31 yaşlı braziliyalı ilə müqaviləni yeniləmək istəmir. Bu səbəbdən, o, 2023-cü ilin yayında komandanı tərk edə bilər.
Aleks Sandro bu mövsüm “qoca sinyora”nın heyətində 4 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin