“Yuventus”un Muani planı

“Yuventus” Randal Kolo Muaninin icarə müddətini uzatmaq üçün PSJ ilə yeni danışıqlara hazırlaşır. Fransalı futbolçunun icarə müddəti yaxın günlərdə başa çatacaq.

Tərəflər arasındakı razılaşma Klublararası dünya çempionatının sonuna qədər qüvvədə idi, ancaq Turin klubu artıq turnirdən kənarlaşdırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” Kolo Muanini bir il də komandada saxlamaq niyyətindən əl çəkməyib. PSJ isə yalnız satınalma öhdəliyi olan təklifləri nəzərdən keçirməyə hazırdır.

“Yuventus”un baş məşqçisi İqor Tudor 26 yaşlı forvardı gələcək planlarında əsas fiqurlardan biri kimi görür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button