“Yuventus” onu da istəmir – tez-tez zədələndiyi üçün

İtaliyanın “Yuventus” klubu daha bir futbolçusunu satmağı planlaşdırır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Duqlas Kostanın xidmətində maraqlı deyil. Klub 29 yaşlı futbolçu üçün təklifləri dəyərləndirməyə hazırdır. Turin klubu tez-tez zədələndiyi üçün Kosta ilə bağlı bu qərarı verməli olub.

Keçən mövsüm “Yuventus”un heyətində 29 oyunda meydana çıxan futbolçu, bu oyunlarda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilin yayında bitir. Onunla “Mançester Yunayted”in maraqlandığı bildirilir.

“Yuventus” daha əvvəl Sami Kxedira, Qonsalo İquayn, Mattia de Şilyo kimi futbolçularla yollarını ayırmağa qərar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button