
“Yuventus”un Kessye planı
“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır. İtaliya klubu futbolçunu birdəfəlik transfer etməyi düşünmür.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Turin təmsilçisi Kessyeni icarə və ya oyunçu mübadiləsi əsasında heyətinə qatmağı düşünür.
26 yaşlı Kessyenin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin